HAQQIMIZDA

Sanator-Kurort REABİLİTASİYA MƏRKƏZİ

Haqqımızda

Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının əmrinə əsasən tikilən ən müasir tələblərə cavab verən səhiyyə mərkəzidir. Bu müəssisə Səhiyyə Nazirliyi tərəfindən yüksək keyfiyyətli avadanlıqlar və uğurlu təcrübəyə sahib olan tibbi heyət ilə təmin olunmuşdur.

Tariximiz

2020-ci il

Sanator-Kurort Reabilitasiya Mərkəzi 14 noyabr 2020-ci il tarixindən birinci-vitse prezident Mehriban Xanım Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda şücaət və qəhrəmanlıq göstərən, “Vətən Müharibəsi” qazilərininin istifadəsinə verilmişdir. Burada hər bir qəhrəmanımız üçün fərdi yanaşma, müasir tibbi texnologiyalar və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilən kompleks reabilitasiya proqramları təqdim olunur. Göstərilən xidmətlərin effektivliyi yüzlərlə qazimizin sağlam həyatına geri qayıtmasında öz sözünü deyib. Biz onların sağlamlığına xidmət etməyi yalnız vəzifə deyil, şərəf bilirik!

2021-ci il

2021-ci ildə Sanator-Kurort Reabilitasiya Mərkəzi şəhidlərimizin əmanətləri olan övladlarının gülüşü ilə işıqlanmışdır. Onlar valideynləri ilə birgə, yalnız müalicə deyil, sevgi və şəfqətlə dolu bir istirahət həyatı yaşadılar. Bu mərkəz onların yaralı qəlbinə sağalma, kiçik baxışlarına isə gələcək üçün ümid bəxş etdi. Burada hər addımda bir isti qucaq, hər baxışda isə minnətdarlıqla dolu bir baxış var idi, çünki bu torpağın gələcəyinə xidmət etmək bizim ən ali borcumuzdur.

2022-ci il

2022-ci ildən etibarən Sanator-Kurort Reabilitasiya Mərkəzi sağlamlıq xidmətlərini yalnız yerli deyil, müxtəlif ölkələrdən gələn qonaqlara da təqdim etməyə başladı. Mərkəzdə ukraynalı uşaqlar da xüsusi qayğı və peşəkar tibbi xidmətlərlə əhatə olunaraq reabilitasiya proqramlarından keçiblər. Burada yaradılan şərait və isti münasibət hər bir balaca qonağın özünü evindəki qədər rahat və təhlükəsiz hiss etməsinə imkan yaradıb. Mərkəz uşaq sağlamlığının qorunmasını beynəlxalq dəyər kimi qəbul edir və bu yolda daima xidmətə hazırdır.

SİZİN üçün buradayıq

Missiyamız və Dəyərlərimiz

Sanator-Kurort Reabilitasiya Mərkəzinin missiyası — tibb prinsipləri və multidissiplinar yanaşma əsasında, insan sağlamlığının bərpası, qorunması, təkmilləşdirilməsi istiqamətində yüksək ixtisaslı, kompleks xidmətlər təqdim etməkdir. Mərkəzimiz təkcə xəstəliklərin müalicəsini deyil, funksional qabiliyyətlərin bərpasını, psixofiziki rifahın yüksəldilməsini və həyat keyfiyyətinin uzunmüddətli yaxşılaşdırılmasını əsas prioritet kimi qəbul edir. Fəaliyyətimiz reabilitasiya tibb elminin son nailiyyətlərinə, kurortologiyanın müasir yanaşmalarına və təbii müalicə faktorlarının elmi cəhətdən əsaslandırılmış tətbiqinə əsaslanır. Hər yaş qrupunda olan şəxslərin klinik ehtiyaclara uyğunlaşdırılmış müalicə proqramları təqdim edilir. Xəstə burada mərkəzli yanaşma, erkən reabilitasiya strategiyaları, interaktiv bərpa texnologiyaları və psixososial dəstək modelləri bir araya gətirilməsi ilə sağlamlıq göstəricilərinin dayanıqlı şəkildə yaxşılaşdırılmasına nail olur. Bu missiyanı həyata keçirərkən biz etik prinsiplərə sadiq qalır, tibbi təhlükəsizlik, keyfiyyət və davamlı təkmilləşdirmə meyarlarına uyğun xidmət göstəririk.

Dəyərlərimiz

Uşaqların inkişaf problemlərindən tutmuş yaşlıların degenerativ pozuntularına qədər, bütün yaş qruplarına uyğun fərdi yanaşmalar tətbiq etmək

Şəffaf, etik və şəfqətli münasibətə əsaslanan, xəstənin ehtiyac və hisslərini mərkəzə alan bir sistem qurmaq.

Peşəkar inkişaf və tədqiqat — tibb sahəsində çalışan heyətin davamlı elmi-təcrübi inkişafını təmin etmək, beynəlxalq əməkdaşlıqları və elmi tədqiqatları təşviq etmək.

Maarifləndirici proqramlar, profilaktik tədbirlər və sağlam həyat tərzinin təbliği ilə cəmiyyətin ümumi sağlamlıq səviyyəsini yüksəltmək.